Kerem Aktürkoğlundan daha bir uğur
06.11.2024 - 01:07
"Benfika"nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
Bunu Portuqaliya Liqasının mətbuat xidməti açıqlayıb. 26 yaşlı futbolçu meydana çıxdığı 5 matçda 5 qol vurub və 2 assist edib.
Qeyd edək ki, Keremin "Benfika" ilə müqaviləsi 2029-cu ilə qədərdir.
- Kvirkveliya: “Sevgilimlə burada vaxtımızı əyləncəli keçirmək üçün çoxlu restoran var” - VİDEO
- Azər Bağırov: "Hələ hər şey qabaqdadır"
- İrfan Can karyerasını Avropada davam etdirə bilər
- “Zirə”nin legioneri: "Hakimə dedim ki, səhv etdiyini görəcəksən və..." - Müsahibə
- AFFA-da Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
0
0