Kevin Danso “Sanderlend”ə keçib
02.09.2026 - 00:44
Kevin Danso “Sanderlend”ə keçib

“Tottenhem”in müdafiəçisi Kevin Danso İngiltərədə klubunu dəyişib.

Apasport.az xəbər verir ki, o, “Sanderlend”ə keçib.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu 2026/27 mövsümünün sonunadək icarə əsasında “Sanderlend”də çıxış edəcək.

Qeyd edək ki, "Tottenhem" Avstriya millisinin üzvünü 2025-ci ildə "Lans"dan transfer edib.