Keyn “hə”, “Tottenhem” “yox” deyir
27.06.2023 - 20:47
Harri Keynin “Tottenhem”dəki gələcəyi sual altındadır.
Apasport.az saytı xəbər verir ki, ingilis futbolçu “Bavariya”ya keçməyə hazır olduğunu bildirib.
“Tottenhem” rəhbərliyi Münhen klubunun 70 milyon avroluq təklifini rədd edib. Londonlular Keynin bu yay satılmayacağı açıqlaması veriblər. Amma Harri “Bavariya” ilə müqavilənin bütün detallarını razılaşdırıb. Əgər London klubu transferə icazə verməsə, forvard 2024-cü ilin iyununda sərbəst qalacaq.
Qeyd edək ki, “Bavariya” ilə yanaşı “Mançester Yunayted”də Keynin transferində maraqlıdır.
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- Paralimpiyaçımız: “Məqsədim Vətənə medalla qayıtmaqdır"
- Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub
- Ahmet Çakar sərbəst buraxılıb
- Elnur Məmmədli: "Fransada himnimizi səsləndirmək vacib idi"
0
0