Keyn matçın ən yaxşı oyunçusu seçildi - Linekerə çatdı
18.06.2026 - 02:16
İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiyaya qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 32 yaşlı forvard görüşdə dubla imza atıb.
Keyn 12-ci dəqiqədə penaltidən, 42-ci dəqiqədə isə baş zərbəsi ilə fərqlənib.
O, 90 dəqiqə meydanda olub və matçı 8,8 reytinq balı ilə tamamlayıb.
İngiltərə DÇ-2026-nın L qrupundakı ilk oyununda Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Keyn bu dubl sayəsində dünya çempionatlarında İngiltərə millisinin bombardirləri siyahısında Qari Linekerə çatıb.
- Avropa Liqası matçında xaos: İsrailli azarkeşlər fələstinli tərəfdarlara hücum ediblər
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Polşa – Niderland matçının ən yaxşı futbolçusu açıqlandı
- Azərbaycan millisinin üzvü komandasını tərk etməyə hazırlaşır
- Azərbaycan güləşçiləri Bolqarıstanda 2 medal qazanıb
0
0