Klopp onu “Liverpul”un əfsanəsi adlandırdı
25.02.2023 - 15:45
"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın əfsanəsinin adını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, 55 yaşlı almaniyalı mütəxəssis mətbuat konfransında misirli hücumçu Məhəmməd Salahı fərqləndirib.
Kloppun sözlərinə görə, onun kimi oyunçuların böyüklüyü komandada olmadıqları zaman dərk edilir. Təcrübəli mütəxəssis xüsusi vurğulayıb ki, 30 yaşlı forvard “qırmızılar”ın tarixində önəmli rola malikdir.
Qeyd edək ki, Salah “Liverpul” tarixində ən çox qol vuran beşinci futbolçudur. O, bu mövsüm Premyer Liqada 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- "Araz-Naxçıvan"ın hücumçusu: "Neftçi" ilə görüşdə qələbə çox vacib idi" - Müsahibə
- İdmançılarımız Avropa Kata turnirində bürünc medal qazanıblar
- Flik ən yaxşı adına layiq görüldü
0
0