Kompani ikinci oldu
20.04.2026 - 13:29
“Bavariya” Almaniya Bundesliqasında çempionluğunu rəsmiləşib.
Apasport.az xəbər verir ki, komanda buna "Ştutqart"ı məğlub edərək (4:2) nail olub.
Həmin qələbə baş məşqçi Vensan Kompaninin çempionatdakı 50-ci uğuru olub.
Belçikalı mütəxəssisə bu rəqəmə çatmaq üçün 64 oyun bəs edib. O, bununla da, Almaniya çempionatında 50 qələbəyə ən tez çatan ikinci məşqçi olub.
Bundesliqanın rekordçusu Xosep Qvardioladır. O, “Bavariya” ilə 61 oyunda 50 qələbə qazanıb.
- Rusiya və Belarusun Bakıdakı dünya çempionatında iştirakına icazə verilib
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Müstəqillik Gününə həsr olunmuş turnirin final mərhələsi keçirilib
- Türkiyə Kuboku oyunları bu kanallarda
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
0
0