Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində 1/8 finala vəsiqə üçün mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.
İsveçrənin Nyon şəhərindəki tədbirdə Avropa Liqasının qrup üçüncülərinə Konfrans Liqasının ikinciləri rəqib olub.
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) - “Lüdoqorets” (Bolqarıstan)
“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) - “Dinamo” (Z, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) - “Ferensvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) - “Bodo Qlimt” (Norveç)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
“Makkabi” (H, İsrail) - “Gent” (Belçika)
Qeyd edək ki, pley-off mərhələsi 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. İlk oyunlar Avropa Liqasından gələn klubların meydanında keçirəcək.
- Super Liqa: “Beşiktaş”dan növbəti xal itkisi
- Dünya çempionatı: 4 cüdoçumuz tatamiyə çıxacaq - YENİLƏNİR
- "Kəpəz"in Antalyadakı rəqibləri bilindi
- Veysəl Rzayev: "Qarabağ"a qarşı daha da ciddi hazırlaşacağıq" - Müsahibə
- Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ