Kouldan Messiyə mesaj - “Onu ayaq üstə yatızdıracağıq”
13.07.2026 - 02:57
Kouldan Messiyə mesaj - “Onu ayaq üstə yatızdıracağıq”

İngiltərə millisinin sabiq futbolçusu Co Koul DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun barədə danışıb.

Apasport.az xəbər verir ki, o, Lionel Messinin təhlükəli futbolçu olduğunu qəbul etsə də, İngiltərənin onu zərərsizləşdirəcəyinə inandığını bildirib.

“Messinin İngiltərəyə qarşı ilk oyunu olacaq? Onu yatızdıracağıq. Ayaq üstə yatızdıracağıq, buna yüz faiz əminəm. Bunu indidən deyirəm, dünya çempionatının finalına yüksələn tərəf biz olacağıq”, – deyə Koul bildirib.

Qeyd edək ki, İngiltərə ilə Argentina arasında DÇ-2026-nın yarımfinal oyunu iyulun 16-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.