Kriştiano Ronaldo cəzalandırıldı
29.02.2024 - 10:36
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun nalayiq davranışı araşdırılıb.
Apasport.az xəbər verir ki, bu yaxınlarda “Əl-Şəbab”la yerli çempionat matçında 39 yaşlı hücumçu rəqib azarkeşlərə nalayiq jest edib. O, Lionel Messi ilə bağlı şüarlara belə reaksiya verib.
Etika və İntizam Komitəsi portuqaliyalı futbolçunu bir oyunluq diskvalifikasiya edib. Bundan əlavə, Kriştiano 2,4 min avro cərimə ödəməlidir.
Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 20 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.
- Azərbaycan - Belarus matçından öncə sükut elan ediləcək
- "Arsenal" "Barselona"nın futbolçusu üçün 75 milyon ödəməyə hazırdır
- Azərbaycanlı supervayzer Türkiyə klubunun oyununa təyinat aldı
- Avro-2026: Millimizin oyunlarının təqvimi bəlli olub
- Həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
0
0