Kristof Daum xərçəng xəstəliyinə tutuldu
21.10.2022 - 17:14

“Fənərbaxça” və “Beşiktaş”ın sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyinə tutulub.
Apasport.az saytının məlumatına görə, bunu almaniyalı mütəxəssis özü açıqlayıb.
69 yaşlı məşqçi bu yaxınlarda tibbi müayinə zamanı onda xərçəng xəstəliyi aşkarlandığını, lakin müayinənin uğurla davam etdiyini söyləyib.
Qeyd edək ki, Kristof Daum məşqçilik karyerası ərzində 1991/92 mövsümündə “Ştutqart”ı Almaniyada, 1994/95 mövsümündə “Beşiktaş”ı Türkiyədə, 2002/03 mövsümündə “Austriya”nı Avstriyada, 2003/04 və 2004/05 mövsümlərində isə “Fənərbaxça”nı Türkiyədə çempion edib.
- “Qəbələ” növbəti transferlərə hazırlaşır - ÖZƏL
- "İmişli" Avropa Klublar Assosiasiyasının üzvü olub
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- Xorvatiya pentakampeonları mundialdan kənarlaşdırdı - YENİLƏNİB
- Çexiya 28 ildir, Portuqaliyanı məğlub edə bilmir
0
0