Azərbaycan milli komandasının və “Daejeon Hana”(Cənubi Koreya) klubunun müdafiəçisi Anton Krivotsyuk xarici komandaların maraq dairəsindədir.
Apasport.az saytına verilən məlumata görə, 27 yaşlı futbolçu ilə “Aris” maraqlanır.
Yunanıstan Superliqasında çıxış edən Saloniki təmsilçisi mövsümün sonunda Anton üçün danışıqlar aparacaq.
Hazırda “Aris”in skautları onu daimi olaraq izləyir.
Krivotsyukun “Daejeon”la müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. O, 2023-cü il fevralın 21-dən Cənubi Koreya klubunda oynayır.
Xatırladaq ki, millimizin futbolçusu “Neftçi”, “Visla”(Plok, Polşa) komandalarının da formasını geyinib.
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- Olise uğrunda mübarizə qızışır: PSJ DƏ YARIŞA QOŞULDU
- Milli qəhrəmanın xatirəsinə həsr edilən karate turniri keçirilib
- “Neftçi”nin pley-offdakı mümkün rəqibi müəyyənləşdi
- İngiltərə millisinin üzvü “Monako”da - RƏSMİ