Kuytın yeni ünvanı bəlli olub
26.06.2025 - 20:20

Belçikanın “Beerşot” klubundan ayrılan Dirk Kuytın yeni ünvanı məlum olub.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis ölkəsində işləyəcək.
O, “Dortrext” klubuna baş məşqçi təyin ediləcək. Razılaşmanın müddəti 1 illik olacaq.
Kuyt “Beerşot”dan əvvəl “Feyenoord”un U-19 komandasında və “Den Haq” klubunda işləyib.
0
0