Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxelia Avropanın top-klublarının diqqətini çəkib.
Apasport.az xəbər verir ki, bunu "CBS Sports"un jurnalisti Ben Ceykobs köşə yazısında bildirib.
O, iddia edir ki, "Mançester Siti" və "Nyukasl" Kvaratsxelianı yaxından izləyən Premyer Liqa klublarıdır. Futbolçu PSJ və Madrid "Real"ının da diqqətini çəkib. Xüsusilə Edi Hau sürətli, texnikalı və 4-3-3 sxeminə uyğun olduğu üçün Kvaratsxelianı uyğun oyunçu kimi görür.
Ancaq "Napoli" onun və nigeriyalı hücumçusu Viktor Osimhenin bu yay komandanı tərk etməsinə qətiyyən icazə vermək istəmir.
- Qəbələdə 3 qol - YENİLƏNİB
- Çempionlar Liqası: “Benfika”dan darmadağın, “Real” məğlub oldu - YENİLƏNİB
- Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- Şahin Diniyev: "Qol vəziyyətlərimiz "Neftçi"dən çox idi"