İspaniya La Liqası komandalarından “Real Betis” hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, ispanlar “Mançester Yunayted”in futbolçusu Antonini mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
Bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb. Bildirilib ki, 24 yaşlı futbolçu da bu transferə müsbət yanaşır.
Qeyd edək ki, braziliyalı forvard bu mövsüm “qırmızı şeytanlar”ın heyətində iştirak etdiyi 14 rəsmi qarşılaşmada 1 qol vurub.
Xatırladaq ki, “Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq yetirməsini 2022-ci ildə “Ayaks”dan 95 milyon avro müqabilində transfer etmişdi.
- Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur
- Aleks De Souza Super Liqa klubu ilə anlaşdı
- Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
- Kuzmanoviç: “Güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk”
- Adil Şükürov: "Qarabağ"ın geridönüşü möhtəşəm olacaq"