La Liqa klubu "Fənərbaxça"ya 10 milyon təklif edəcək
28.10.2025 - 14:16
"Betis" "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, İspaniya klubu mərakeşli yarımmüdafiçinin transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
La Liqa təmsilçisi 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün İstanbul nəhənginə 10 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Betis" Sofian Amrabatı mövsümün əvvəlində icarəyə götürüb. Mərakeş millisinin üzvü "Betis"in heyətində 6 rəsmi matçda meydana çıxıb.
0
0