La Liqa klubu Raulu gözləyir
07.06.2023 - 13:47
“Xetafe”nin baş məşqçisi postuna əsas namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunu Raul Qonzales çalışdıra bilər.
Hazırda “Kastilya”nı çalışdıran əfsanəvi hücumçu Xose Bordalesi əvəzləməyə namizəd sayılır.
“Xetafe” rəhbərliyi indiki baş məşqçisini saxlamaq arzusundadır. Lakin Bordales müqaviləni uzatmaq istəmədiyi üçün onlar Raulu bu vəzifəyə gətirməyi planlaşdırır.
Qeyd edək ki, “Xetafe” La Liqada son mövsümdə 15-ci yeri tutub.
- Hidayət Heydərov 4 qat Avropa çempionu oldu!
- KL: "Çelsi" və “Fiorentina”dan qələbə, “Kopenhagen” məğlub oldu - YENİLƏNİR
- “Tvente”nin baş məşqçisi: “Bu, son şansımızdır”
- Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
- Əmrah Çəlikəl: "Bu özü “Qarabağ”ın gəldiyi yerdən xəbər verir"
0
0