La Liqa klubunda yeni müqavilə - RƏSMİ
02.04.2026 - 12:51
İspaniya La Liqa təmsilçisi "Selta"da yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, komanda baş məşqçi Klaudio Xiraldesin müqaviləsinin uzadıldığını açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 38 yaşlı ispaniyalı mütəxəssis 2028-ci ilin iyun ayına qədər bu komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Xiraldes 2024-cü ildən "Selta"nı çalışdırır.
0
0