La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
13.06.2025 - 17:58

“Sevilya”nın yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, komandanın sükanı Matias Almeydaya tapşırılıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Almeyda daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, Yunanıstanda AEK-də işləyib.
0
0