La Liqa nəhəngi "Qalatasaray"lı futbolçu ilə maraqlanır
02.01.2025 - 13:53
Super Liqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Qabriel Sara “Atletiko”nun transfer siyahısındadır.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonunda İspaniya klubuna keçid edə bilər.
“Atletiko” rəsmiləri indidən Türkiyə klubu ilə danışıqlara başlayıb.
Saranın “Qalatasaray”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Sao Paolo” və “Norviç”də oynadıqdan sonra 2024-cü il avqustun 4-də İstanbul təmsilçisi ilə anlaşmışdı.
- Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan"
- Aspilikueta Yaponiyaya qəsdən uduzmaları barədə iddialara cavab verdi
- "Cimbom" azarkeşlərinə şad xəbər: "Kapitan gəmidə qala bilər"
- Sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb
- Boyan İliç: "Qarabağ"ın "Bayer"lə görüşlərdə şansı var" - Müsahibə
0
0