Lafferti millidən kənarlaşdırıldı
24.09.2022 - 10:33
Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti yığmadan kənarlaşdırılıb.
Apasport.az saytının məlumatına görə, hücumçu Millətlər Liqasının Kosovo və Yunanıstanla görüşlərini buraxacaq.
Bu barədə qərarı yerli futbol federasiyası verib. Belə addım “Kilmarnok”un araşdırmalara başlamasından sonra atılıb. Klub rəhbərliyi Laffertinin fanatlardan biri ilə sektant xarakterli danışığını araşdırırır.
Qeyd edək ki, bir neçə il əvvəl Kaylın “Qarabağ”a keçə biləcəyi barədə xəbərlər yayılsa da, transfer baş tutmayıb.
- Saşa İliç: “Hakimlərlə bağlı məsələlər var”
- Sərxan Əliyev Avropa Oyunlarında yarımfinala yüksələ bilmədi
- 17 yaşlı hücumçu “Real”la “Barselona”nı üz-üzə qoydu
- Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
- Qurban Qurbanov: "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm
0
0