Laport “Real”a keçməkdən imtina etdi
25.12.2023 - 09:06
“Əl-Nəsr”in futbolçusu Emerik Laport “Real”a keçməkdən imtina edib.
Apasport.az xəbər verir ki, İspaniya nəhəngi 29 yaşlı müdafiəçiyə təklif göndərib.
Madrid klubu onu zədələnən David Alabanı əvəz etmək üçün sıralarına qatmaq istəyib. “Real” Laportu mövsümün sonunadək icarəyə götürməyi planlaşdırsa da, müdafiəçi bununla razılaşmayıb. “Əl-Nəsr” rəhbərliyi də keçidin əleyhinə olub.
Qeyd edək ki, Emerik bu ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib.
- “Müasir futbolda zəif rəqib anlayışı yoxdur” - Abbasov millimizə inanır
- Millimizin üzvü: "Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik"
- Hakim Ziyeşin transferində kuryoz hadisə - 3 səhv və...
- “Liverpul”dan braziliyalı üçün maraq: Qiyməti aşağı düşdü
- Donald Gerye Azərbaycana qayıtmaq istəyir
0
0