“Barselona”nın hücumçusu Robert Levandovski PSJ-nin ön xətt oyunçusu Lionel Messinin Kataloniya klubuna mümkün dönüşünü dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, polşalı forvard bunu arzuladığını etiraf edib.
34 yaşlı futbolçu argentinalını dünyanın ən yaxşısı adlandırıb: “Messi hücumçulara verdiyi ötürmələrlə mükəmməl futbolçudur. Matçlarda forvardlarla möhtəşəm bağlantı qura bilir. Topu hara atacağını çox yaxşı bilir. Şübhəsiz ki, o, dünyanın ən yaxşısıdır. Bir hücumçu kimi Messi ilə birlikdə oynamaq xəyal olardı”.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- "Səbail"in kapitanı: "Avrokuboklara düşməmək bizim üçün uğursuzluq deyil" - Müsahibə
- Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
- "Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə
- Neymara Premyer Liqadan iki təklif
- İlin son cüdo turniri Tokioda keçiriləcək