"Lill"in hücumçusu İtaliya yolunda
14.04.2025 - 14:16

"İnter"in hücumçu planı
Liqa 1 təmsilçilərindən "Lill"in mərkəz hücumçusu Conatan David karyerasına İtaliyada davam etdirə bilər.
Apasport.az xarici mediaya istinadla xəbər verir ki, “İnter” 25 yaşlı kanadalı futbolçuya illik 5 milyon avro maaş təklif edib.
Devidin qərar verməyə tələsmədiyi və digər klublardan gələn təklifləri dinləməyi planlaşdırdığı bildirilib.
Davidin "Lill"dəki performansı
Bu mövsüm David bütün turnirlərdə 44 matçda meydana çıxıb, 23 qol vurub və 10 məhsuldar ötürmə edib.
Conatan Davidin transfer qiyməti
Davidin "Lill"lə hazırkı müqaviləsi yayda başa çatacaq. "Transfermarkt" futbolçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
0
0