Linqard üçün Türkiyədən təklif
15.09.2023 - 14:13
“Nottinqem Forest”dən ayrılan Cessi Linqard yeni təkliflər alıb.
Apasport.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçini Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və ABŞ klubları heyətində görmək istəyirlər.
“Mançester Yunayted”in yetirməsi hazırda “Vest Hem”in məşqlərində iştirak edir. İngiltərəli oyunçunun Səudiyyə Ərəbistanına getmək ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, klub karyerasında 379 matça çıxan Linqard 76 qol və 57 məhsuldar ötürmə ilə yadda qalıb.
- Dursun Özbekdən oyunçulara jest: "Liverpul"u keçsəniz...
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- “Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi
- "Bayer" məğlubiyyətsizlik seriyasını davam etdirir
0
0