“Lion”dan yeni transfer
05.08.2025 - 01:20
“Lion”dan yeni transfer

“Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub Pavel Şulçu transfer edib.

Liqa 1 təmsilçisi “Viktoriya”nın hücumameyilli yarımmüdafiəçisinin keçidini rəsmən açıqlayıb.

"Lion" transfer üçün 7,5 milyon avro ödəyəcək. Əlavə olaraq 2,5 milyon avro bonus kimi ödənilə bilər.

Qeyd edək ki. Şulç ötən mövsüm Çexiya çempionatında 35 oyuna 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.