Liqa 1 təmsilçisində ayrılıq
20.05.2025 - 21:56
“Nant” baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
61 yaşlı mütəxəssisin istefasına Liqa1-dəki uğursuz nəticələr səbəb olub. “Nant” mövsümü 13-cü yerdə başa vurub.
Qeyd edək ki, Kombuare 2021-23-cü illərdə çalışdırdığı kluba ötən il qayıtmışdı. O, 1983-90-cı illərdə futbolçu kimi "Nant"da çıxış edib.
- Paris 2024: Azərbaycan cüdoçusu xəstəxanaya aparılıb
- Nazim Əliyev: "Neftçi" ümumilikdə bu mövsüm çox çətinlik çəkdi"
- AFFA-nın baş katibindən xəbərdarlıq: Aşağı dəstəyə düşəcək
- Yeddi idmançımız Gürcüstanda medal qazanıb
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
0
0