Misir millisinin heyətində zədələnən Məhəmməd Salahın durumuna aydınlıq gətirilib.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun agenti Rami Abass açıqlama verib.
"Liverpul"un və Misir millisinin hücumçusunun vəziyyətinin düşünüləndən daha ciddi olduğunu bildirən Abass, müalicənin 3-4 həftə çəkəcəyini açıqlayıb: "Düşünürdük ki, Salah bir neçə günlük istirahətdən sonra meydanlara qayıda biləcək. Ancaq həkimlər bizə tamam fərqli açıqlama verdilər. Görünən odur ki, o, bir aya yaxın futbol oynaya bilməyəcək”.
Qeyd edək ki, Misir millisinin kapitanı Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununun ilk yarısında aldığı əzələ zədəsi səbəbindən meydanı tərk etməli olub.
- Yaşar Vahabzadə: "Qarabağ"dan başqa çempionluğa oynayan klub yoxdur" - Müsahibə
- Valdas Dambrauskas: “Səfərdə qazanılan 3 xal bizi sevindirir"
- "Real" "El Klasiko" üçün iştirak ərizəsini açıqladı
- Bakıda fitnes məşqçiləri üçün UEFA B kursu keçirilib
- Elnur Məmmədli: "Fransada himnimizi səsləndirmək vacib idi"