“Liverpul” heyətini “Brentford”un hücumameyilli yarımmüdafiəçisi Kevin Şade ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı almaniyalı futbolçunun mümkün transferini nəzərdən keçirir.
Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul” Şadeni artıq qış transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər. Futbolçunun mövsümə uğurlu başlaması klub skautlarının diqqətini çəkib.
Şade Premyer Liqada keçirdiyi ilk 5 matçda 3 qol vurub.
Qeyd edək ki, Kevinin “Brentford”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
- Meksikalı boksçu Messiyə əsəbləşdi: “Allaha dua edirəm ki, onunla rastlaşmayım”
- “Qəbələ” Futbol Akademiyasının yay seçimlərinin birinci mərhələsi başa çatıb
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- “Qalatasaray”la “Beşiktaş”dan Azərbaycan millisinə
- Vasili Berezutski Kimdir? "Sabah"ın Yeni Baş Məşqçisinin Həyat Yolu