"Liverpul" Salah üçün 250 milyon avroya da “yox” dedi
09.09.2023 - 14:16
Səudiyyə Ərəbistanı klubları Məhəmməd Salahı transfer etməkdə israrlıdırlar.
Apasport.az saytı xəbər verir ki, ərəblər misirli hücumçunu 2024-cü ildə yarımadaya gətirəcəklərinə inanırlar.
Yayda 31 yaşlı forvardın gedişinə icazə verməyən "Liverpul" az bir il futbolçunun İngiltərədə qalmasını istəyir. Onlar hətta qarşı tərəfin 250 milyon avroluq transfer təklifindən belə imtina ediblər.
Qeyd edək ki, "Əl-İttihad" və "Əl-Hilal"ın Salahı gələn il heyətə qatmaq üçün ingilislərlə danışıqları davam etdirdiyi bildirilir.
- Fernandu Santuş: “Amma bunu indi deməyəcəm”
- Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirilib
- Türkiyəli hakimdən mərc oyunlarıyla bağlı açıqlama: ÜZVLÜYÜM BELƏ YOXDUR
- "Bavariya" Boatenq transferindən imtina etdi. Səbəb...
- “Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı
0
0