"Liverpul" Salahla razılaşa bilmir
13.11.2024 - 11:16
Ulduz hücumçu Məhəmməd Salah yeni müqavilə imzalamaq üçün "Liverpul"la danışıqlar aparır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər hələ də yeni sövdələşmə ilə bağlı razılığa gəlməkdən uzaqdırlar.
Misirli ilə mersisaydlılar arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq.
Əgər razılıq əldə olunmasa, Salahın Səudiyyə Ərəbistanında və digər Avropa klublarında işləmək imkanları var.
Bu mövsüm forvard "Liverpul"un heyətində 17 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 55 milyon avro olaraq qiymətləndirilir.
- Təhminə Tağızadə: "Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib"
- “Liverpul” “Real”la razılaşa bilmir
- "Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram"
- Azərbaycan millilərinin oyunlarının təqvimi açıqlanıb
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO
0
0