"Sportinq"in çalışdırıcısı Ruben Amorim "Liverpul"da Yurgen Kloppu əvəz etməyə prioritet namizəd olaraq qalır.
Apasport.az xəbər veri ki, portuqaliyalı Xabi Alonso "Bayer Leverkuzen"də qalmaq qərarını elan etdikdən sonra "qırmızılar"ın əsas favoriti olub.
"Barselona" və "Çelsi"nin də maraq dairəsində olan Amorim uğrunda yarışa məhz "Liverpul" rəhbərlik edir.
39 yaşlı mütəxəssislə bağlı danışıqlar davam edir.
Xatırladaq ki, Ruben Amorim İngiltərə klubuna mentor təyin olunarsa, “Liverpul” baş məşqçinin hazırkı müqaviləsində göstərildiyi kimi “Sportinq”ə 15 milyon avro məbləğində cərimə ödəməli olacaq.
- III MDB Oyunları zamanı azarkeşlər üçün fan zonalar qurulacaq
- Danimarka millisinin Bakıya gələcək heyəti açıqlanıb
- "Mançester Yunayted" "Milan"ın müdafiəçisini istəyir
- "Barselona" "Lester"in yarımmüdafiəçisini ala bilər
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə