"Mançester Siti" və "Liverpul" İspaniya çempionatında yeni hücumçu tapıb.
Apasport.az "Sport.es" nəşrinə istinadla xəbər verir ki, İngiltərə nəhəngi Braziliya millisinin və "Real Madrid"in hücumçusu Rodriqo ilə maraqlanır.
Fransız Kilian Mbappenin transferindən sonra cənubi amerikalının mövqeyi ciddi şəkildə sarsıla bilər. Bu baxımdan Rodriqo gələn yay komandasını dəyişə bilər.
Daha əvvəl mətbuatda braziliyalını transfer etməkdə "Mançester Yunayted" və "Arsenal"ın da maraqlı olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, 23 yaşlı Rodriqo 2019-cu ilin yayından "Real Madrid"də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir və onun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.
- “Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
- “Formula-1” üzrə Azərbaycan Qran-Prisi sentyabrda keçiriləcək
- Yuzuf Yazıcının Fransada başına gəlməyən qalmadı - FOTO
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
- “İrəvan”ın rəhbəri: “Bura 90-cı illərin Xalq Cəbhəsi deyil ki…”