"Liverpul"un mərkəz müdafiəçisi Vircil Van Deyk komandasından ayrıla bilər.
Apasport.az xəbər verir ki, “qırmızılar”ın kapitanı müqaviləsini uzatmaq və komandada qalmaq istəyir, lakin 32 yaşlı futbolçunun gələcəyi hələ müəyyənləşməyib.
Jurnalist Ekrem Konurun sözlərinə görə, həm Avropanın aparıcı çempionatlarının təmsilçiləri, həm də Səudiyyə klubları futbolçunu izləyirlər.
Digər tərəfdən, "Milan", "İnter", "Atletiko Madrid", "Əl-Hilal" və "Əl-Nəsr"in ulduz mərkəz müdafiəçisi ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, Van Deyk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir. Hollandiyalının hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- Avropada 500-cü qol
- Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
- Təmsilçimiz Paris-2024-də mübarizəyə başlayır
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar