“Liverpul”un matçı təxirə salınıb
07.12.2024 - 13:22
İngiltərə Premyer Liqasının XV turunun bir matçı təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu gün baş tutmalı olan "Everton" - "Liverpul" görüşü başqa tarixə ertələnib.
Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb.
Ölkəni bürüyən "Darrag" qasırğası güclü küləklər və şiddətli yağışlarla müşayiət olunur. Bu səbəbdən görüşün təxirə salınmasına qərar verilib.
Qeyd edək ki, "Liverpul" 35 xalla Premyer Liqaya başçılıq edir. "Everton" isə 14 xalla 15-ci sıradadır.
- Santuş jurnalistlərlə görüşəcək
- "Real"ın fransalı futbolçuları "Liverpul"la matçda oynaya biləcək
- Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"
- "Şamaxı" "Sabah"ı əliboş yola saldı - YENİLƏNİB
- Kurban Berdiyev: “Belə yanaşsaq, bundan əvvəlki oyunlarda da…”
0
0