"Liverpul"un Salah planı
27.12.2023 - 18:06
"Liverpul"un Məhəmməd Salahla bağlı planları bəlli olub.
Apasport.az xəbər verir ki, "qırmızılar" Misir yığmasının hücumçusu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir.
Futbolçunun uğurları alman mütəxəssisi Yürgen Kloppu qane etdiyi üçün forvardın komandada qalmasının tərəfdarıdır. 31 yaşlı futbolçu 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Salah 19 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qara Qarayev: “Milliyə dəvət olunmamağım zədə ilə bağlı deyil”
- Qurban Qurbanov: “Danışıqlar apardığımız futbolçular var”
- Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq
- "Karvan" qış fasiləsini gözləyir: Yeni transferlər olacaq
- Millinin məğlubiyyətini gecə klubunda “qeyd etdilər”
0
0