"Liverpul"un yeni baş məşqçisi bəlli oldu
01.06.2026 - 11:50
"Liverpul"un yeni baş məşqçisi bəlli oldu

"Liverpul"un yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisini Andoni İraola çalışdıracaq.

Bu barədə "The Sun" nəşri məlumat verib.

Tərəflər arasında ilkin razılıq əldə olunub. Klub yaxın günlərdə mütəxəssislə yenidən görüşəcək. Daha sonra təyinatın rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, İraola bu postda Arne Slotu əvəzləyəcək.