“Roma” “Çelsi”nin hücumçusu Romelu Lukakunu icarəyə götürə bilər.
Apasport.az-ın məlumatına görə, klublar arasında danışıqlar başlayıb.
Roma klubunun baş direktoru Lina Suluku bu gün Londona səfər edərək, “Çelsi”nin rəhbərliyi ilə görüşüb. Romalılar Belçika yığmasının hücumçusunu transfer etməkdə maraqlı deyil. Onlar Lukakunun maaşının bir hissəsinin “zadəganlar” tərəfindən ödəniləcəyinə ümid edirlər.
Qeyd edək ki, Romelu “İnter” və “Yuventus”la danışıqlar aparsa da, sonda yekun razılaşma əldə olunmayıb. 2023/24 mövsümünü icarə əsasında “İnter”də keçirən belçikalı 37 oyunda komandanın şərəfini qoruyub.
- "Neftçi"dən ayrılan yığmamızın üzvü: "Legioner həyatı yaşamaq şansım varsa..." - MÜSAHİBƏ
- “Sivas” və “Alanya”dan 5 qollu qalibiyyət - video
- Elvin Cəfərquliyev: "Bunun zarafat olduğunu düşünərdim..."
- Messi dubl etdi, komandası qələbə qazandı - VİDEO
- Rus qapıçının meneceri: "Qarabağ" "Bayer"ə müraciət edib"