
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarında "Liverpul"la qarşılaşan PSJ növbəti tura vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, cavab oyununda 0:1 qələbə qazanan Paris klubu ümumi hesabı bərabərləşdirərək (1:1) penaltilər seriyasında qələbə qazanıb.
PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"la oyunu bu cür şərh edib:
"Bu, sadəcə başlanğıcdır. Biz daha da yaxşı olmaq istəyirik. Rəqimizdən asılı olmayaraq, öz futbolumuzu göstərəcəyik. Mən çox xoşbəxtəm və nə deyəcəyimi belə bilmirəm. Komandamla fəxr edirəm".
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında PSJ "Aston Villa" - "Brügge" görüşünün qalibi ilə qarşılaşacaq. Belçikada baş tutan ilk oyun ingilislərin qələbəsi ilə (3:1) başa çatıb.
- Londonda sülh bağlandı
- Şimanskinin transfer qiyməti rekord səviyyəyə yüksəldi
- Rəşad Sadıqov: "Rəqibin verdiyi açıqlamalar bizdə əlavə narahatlıq yaradırdı"
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib
- NBA: "Timbervolves"dən səfər qələbəsi, "Seltiks" overtaymda sevindi