Luis Suares ən yaxşı “9 nömrə”ni açıqladı
03.10.2022 - 17:54
Uruqvay millisinin futbolçusu Luis Suares Mançester derbisinə biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, hazırda vətənində “Nasyonal”ın şərəfini qoruyan hücumçu “Mançester Siti” – “Mançester Yunayted” oyunu ilə bağlı rəy bildirib.
Suares “şəhərlilər”in 6:3 hesablı qələbəsinə üç qolla töhfə verən Erlinq Halandın paylaşımına yazdığı rəydə onu dünyanın ən yaxşı mərkəz hücumçusu adlandırıb: “Təbrik edirəm, dostum. Möhtəşəm oyun idi. Hazırda ən yaxşı “9 nömrə”.
Qeyd edək ki, Haland “Mançester Siti”də 11 oyunda 16 qol vurub.
- "Fənərbaxça"nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir
- “Qarabağ” yarımfinalda - YENİLƏNİB
- Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
- Konfrans Liqası: "Başakşehir"dən qələbə, “Fiorentina”dan darmadağın - YENİLƏNİB
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
0
0