Luis Suaresdən karyerası ilə bağlı QƏRAR
02.11.2022 - 13:34
Uruqvay millisinin futbolçusu Luis Suares gələcək karyerası ilə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirəcək.
Son ayları doğma “Nasyonal”da keçirən forvard “Los-Anceles Qalaksi” ilə anlaşmağa yaxındır. Uruqvay klubu ilə müqaviləsi ilin sonunda başa çatacaq Suares həmin vaxtdan MLS təmsilçisinə keçəcək.
Qeyd edək ki, Luis mövsümün 16 matçında 8 qol vurub.
- Abubakara Səudiyyə Ərəbistanından təklif
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- “Çelsi” “Sportinq”in müdafiəçisini hədəfləyir
- "Arsenal"ın hücumçusundan "Barselona"ya rədd cavabı
- Monqolustandakı “Böyük Dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub
0
0