"Liverpul"un və Kataloniya "Barselona"sının sabiq hücumçusu, indi isə "İnter Mayami"nin oyunçusu Luis Suarez karyerasını hansı klubda bitirəcəyinə qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.
“Karyeramdakı son klubum “İnter Mayami” olacaq. Bütün ailəm və dostlarım bu barədə bilirlər. Gediş tarixini hələ bilmirəm, amma bu son zəngdir. Mən bunun üçün hazıram”, – deyə uruqvaylı hücumçu bildirib.
Xatırladaq ki, Suarez yanvarın əvvəlində Amerika klubuna keçmişdi. Təcrübəli qolçu "İnter Mayami" ilə bu ilin sonuna kimi qısamüddətli müqavilə imzalayıb. Müqavilədə onun bir mövsüm uzadılması variantı var.
- Saşa İliç: “Buraxdığımız qollara inana bilmirəm”
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- “Əl-Nəsr” yeni baş məşqçisini açıqladı - Postekoğlu ilə müqavilə imzalandı
- Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib