Lukaku 58 milyondan imtina etdi
29.06.2023 - 23:37
Romelu Lukaku Səudiyyə Ərəbistanından aldığı təklifdən imtina edib.
Apasport.az-ın məlumatına görə, belçikalı hücumçu “Əl-Hilal”da oynamaq istəməyib.
Ərəbistan klubu Lukakuya illik 58 milyon avro maaş təklif edib. Amma Romelu karyerasını Avropada davam etdirmək istəyir. “Çelsi”yə məxsus forvard son mövsümü icarə əsasında “İnter”də keçirib. Londonlular bu dəfə futbolçunun satmaq niyyətindədirlər. Əgər razılama əldə olunarsa, Lukaku “İnter”ə keçəcək.
Qeyd edək ki, 2022/23 mövsümündə hücumçu 25 oyunda 10 dəfə fərqlənib.
- Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ
- "Axmat" braziliyalı müdafiəçinin transferini açıqladı
- Samir Əliyev: "Açıq danışaq, hər komanda bizimlə oynamaq istəmir"
- "Everton" futbolçusunu 85 milyon avroya BURAXACAQ
- "Real" klublararası dünya çempionatının finalında
0
0