
Fransa millisinin futbolçusu Lukas Ernandes karyerasını bitirmək istəyib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi dünya çempionatının Avstraliya ilə ilk tur oyununda zədələndikdən sonra bu fikrə gəlib.
Dizindən aldığı ağır zədə səbəbindən DÇ-2022-ni buraxmaq məcburiyyətində qalan Ernandes bu hadisədən sonra depressiyaya düşüb. Futbolçu otelə qayıdarkən hətta karyerasını bitirməyi nəzərdən keçirib. Lakin komanda yoldaşları və Qətərə yollanan anası ona dəstək olub.
Lukas yalnız uğurlu əməliyyatın ardından bu fikrindən daşınıb. O, tezliklə yaşıl meydanlara qayıdacağına ümid edir.
Qeyd edək ki, Lukas Ernandes karyerası ərzində 20-dən çox zədə alıb.
- Yusuf Dikeç Kimdir? Əli Cibində Medal Qazanan İdmançı
- “Neftçi”nin rəqibindən yeni transfer
- “Qalatasaray” 36-cı pillədə, “Qarabağ” “Beşiktaş”ı qabaqlayır
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov
- Rail Məlikov: “Klublarında oynamasalar da, onları yığmadan silmək lazım deyil”