“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, komanda "Çelsi"dən yarımmüdafiəçi Mateo Kovaçiçi transfer etməyə yaxındır.
Futbolçu ilə klub arasında baş tutan danışıqların müsbət nəticələndiyi və şəxsi müqavilənin detallarının razılaşdırıldığı bildirilir.
Xorvatiyalı futbolçunun satışına qarşı olmayan London klubu da qarşı tərəflə danışıqları davam etdirdiyini açıqlayıb. Mançesterlilər oyunçunun transfer qiyməti məsələsində “zadəganlar”la ortaq məxrəcə gələ biləcəklərinə inanırlar.
Qeyd edək ki, son mövsümdə 37 matça çıxan xorvatiyalı 2 qol və eyni sayda assistlə yadda qalıb.
- “Qarabağ”a qol vuran futbolçu “Mançester Siti” və “Çelsi”nin hədəfində
- Flikin taleyinə Yaponiya və Fransa oyunlarından sonra aydınlıq gələcək
- “Mançester Siti” Verrattiyə elçi düşdü
- Qətərli investor MY üçün 4,5 milyarddan çox pul verməyəcək
- Qurban Qurbanov: “Futbolçularda bir az yorğunluq hiss olunur”