"Mançester Siti" Erlinq Haaland ilə müqaviləni yeniləməyə çalışır.
Apasport.az xəbər verir ki, “şəhərlilər” 23 yaşlı forvardla 2027-ci ilin yayında bitəcək razılaşmanı bir il daha artıracaq.
Bu məqsədlə nörveçlinin agenti ilə danışıqlara başlayan Mançester klubu yaxın günlərdə istəyini reallaşdırmağı planlaşdırır. Komanda rəhbərliyi Haalandın müqaviləsini uzatmaqla, oyunçunun Madrid “Real”ına mümkün gedişinin qarşısını alacağını düşünür. Onlar Kilian Mbappenin “kral klubu”na keçidinin baş tutmaması halında, “qalaktikos”un norveçlinin ovuna başlayacağından ehtiyat edirlər.
Qeyd edək ki, 2022-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan Erlinqin bu mövsüm 11 matçda iştirak edərək, aktivinə 8 qol və 32 məhsuldar ötürmə yazdırıb.
- "Trabzonspor" açıqladı: "5 idman şərhçisi haqqında cinayət işi açılıb"
- "Trabzonspor" "İnter"i məğlub etdi, yarımfinala yüksəldi
- Vanhazebruk: "Belçika klubları "Qarabağ"dan baxıb öyrənməlidir"
- Tovuzda bərabərlik, "Qarabağ"dan növbəti qələbə - YENİLƏNİB
- Paris-2024: Taekvondoçumuzun ilk rəqibi müəyyənləşib