“Mançester Siti” uruqvaylı futbolçunu izləyir
24.11.2024 - 12:53
Lissabon “Sportinq”inin vingeri Maksimiliano Arauxo “Mançester Siti”nin maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının çempionu uzun müddətdir ki, uruqvaylı futbolçunun çıxışını izləyir.
“Şəhərlilər”i ən çox cəlb edən Arauxonun hücum etməklə yanaşı, həm də, cinah oyunçusu kimi çıxış edə bilməsidir.
24 yaşlı futbolçu bu mövsüm müxtəlif turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Sportinq”lə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
- Yığmada kütləvi MİLLİLƏŞMƏ
- Arda Turan İstanbul klubuna baş məşqçi təyin edildi
- Türkiyəli qapıçı Azərbaycan millisindən imtina etdi
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- "Murov" və "Abşeron" 3-cü oyunda münasibətlərinə aydınlıq gətirəcək
0
0