“Mançester Siti”dən 13 milyonluq transfer
16.08.2022 - 15:44
“Mençester Siti” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Mançesterlilər “Anderlext”in sol cinah müdafiəçisi Serxio Qomesi transfer edib. 21 yaşlı ispaniyalı ilə 4 illik müqavilə imzalanıb.
Bu keçid üçün “şəhərlilər” 13 milyon avro ödəyib. “Barselona”nın yetirməsi yayda “Arsenal”a keçən Aleksandr Zinçenkonun əvəzinə transfer edilib.
Qeyd edək ki, Serxio Dortmund “Borussiya”sı və “Ueska”da da oynayıb.
- Van Persi dövrü rəsmən bitdi: "Feyenord"da ayrılıq
- “Sabah”da yeni təyinat - GÜRCÜSTANLI MÜTƏXƏSSİS RƏHBƏRLİK EDƏCƏK
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Boksçumuz Dubayda mükafatlandırılıb
- Azərbaycan kuboku: 1/8 final mərhələsinin təyinatları açıqlanıb
0
0