"Mançester Siti"dən yeni müqavilə
26.02.2024 - 23:27
İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Oskar Bobbun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Norveç millisinin üzvü 2029-cu ilin yayına kimi "şəhərlilər"ə məxsus olacaq.
Qeyd edək ki, "Mançester Siti" Oskar Bobbu 2019-cu ilin yayında "Valerenqa" akademiyasından transfer edib. 20 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Tovuzda azarkeşlər arasında dava - "Kəpəz" fanatı xəstəxanaya aparıldı
- Daha bir boksçumuz erməni rəqibinə qalib gəldi - Avropa birinciliyində
- Millimizin dünya çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək
- Paris-2024: Günün proqramı
- Azərbaycanla oyuna görə tənqid olundu: “Komandanın gücünü zəiflətdi”
0
0