“Mançester Siti”dən yeni müqavilə təklifi
12.07.2022 - 17:02
“Mançester Siti” yarımmüdafiəçisi Riyad Mahrezi komandada saxlamaqda maraqlıdır.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” 31 yaşlı hücumameyilli oyunçuya yeni müqavilə təklif edib.
Premyer Liqa çempionu Əlcəzair millisinin üzvünün sözləşməsini 2025-ci ilə qədər uzatmağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar davam edir. Mahrezin hazırkı anlaşması 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Riyad Mahrez 2018-ci ildən “Mançester Siti”də çıxış edir.
- “Qarabağ”ın legioneri Bolqarıstan klubunun HƏDƏFİNDƏ
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Çempionlar Liqası: Həftənin ən yaxşı qoluna namizədlər müəyyənləşib
- Almaniya nəhəngi əsas futbolçusunu 75 milyona sata bilər
- Kevin Medina: “Bu cür oyunları çox sevirik”
0
0