“Mançester Yunayted” müdafiəçisini icarəyə verdi
02.08.2022 - 00:47
“Mançester Yunayted”in futbolçusu İtan Lerd karyerasını “Uotford”da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi Çempionşip təmsilçisinə icarəyə veriləcək.
21 yaşlı futbolçunun keçidi razılaşdırılıb. O, bir mövsüm ərzində yeni klubunun formasını geyinəcək.
Qeyd edək ki, “Mançester Yunayted”in əsas komandasında cəmi 4 matç keçirən Lerd son iki ildə “Bornmut”, “Suonsi” və “MK Dons”da icarədə olub.
- Azərbaycan çempionatlarının püşkatma mərasiminin vaxtı bəlli olub
- Ronaldodan komanda yoldaşlarına jest - SAAT HƏDİYYƏ ETDİ
- Emin Əmrullayev Türkiyə Basketbol Federasiyasının prezidenti ilə görüşüb
- "Fənərbaxça" Avropa ilə vidalaşdı - YENİLƏNİB
- Azərbaycan boksçuları Rusiyadakı turniri 4 medalla başa vurublar
0
0